AZ

Layihələr

İçərişəhər

RESTAVRASİYA VƏ KONSTRUKSİYA

"İçərişəhər" Bakının ən qədim hissəsi, həmçinin 
tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub və221 000 m² sahəyə malikdir. Qoruq ərazisində 1300-dən çox ailə yaşayır. 

Burada mövcud olan bütün aqlay və qənbər daşlarla döşənmiş yollar, həmçinin dəmir məhəccərlər "Concrete Bureau" şirkəti tərəfindən quraşdırılmışdır. 

Şirkətimiz tərəfindən İçərişəhərin ən önəmli detallarından biri olan Qoşaqala qapısının hazırlanması həyata keçirilmişdir. Qala qapıları ümumi arxitektura üslubu pozulmadan yenidən hazırlanıb. 

Bu layihə “Concrete Bureau”nun həyata keçirdiyi ən böyük və uzunmüddətli layihədir. Belə ki, İçərişəhərdə həyatakeçirilən yenidənqurma və quruculuq işləri 11 il 7 ay fasiləsiz davam edib. Qədim şəhərdə ayağınızı basdığınız hər biryerdə  imzamız var desək, yanılmarıq. 

Yararsız vəziyyətdə olan iki yaşayış binasından biri sökülərək yenidən tikilib, digəri isə restavrasiya edilib.  Binaların dam örtükləri boya ilə rənglənib, dəmir məhəccərlər quraşdırılıb. Həmçinin Əliağa Vahidin heykəli ətrafında olan və öküzornamentli bulaq şirkətimiz tərəfimizdən tikilib.

Layihələrə bax